Xəbərlər

"PreCop28" hazırlıq görüşü öz işinə başlayıb

30 Oktyabr 2023, 19:55

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində "PreCop28" hazırlıq görüşü öz işinə başlayıb.

Azərbaycan nümayəndə heyətinin də qatıldığı "PreCop 28" hazırlıq görüşündə müxtəlif ölkələrdən 70 nazir və 100-dən artıq nümayəndə iştirak edir.

Tədbirdə iqlim dəyişmələri sahəsində danışıqların əsas siyasi aspektləri, o cümlədən qlobal emissiyaların 2030-cu ilə qədər 43 faiz azaldılması üçün konsensusa nail ola biləcək həlləri irəli sürmək kimi hədəflər müzakirə olunur.

Qeyd edək ki, hazırlıq görüşü oktyabrın 31-dək davam edəcək.