Xəbərlər

Növbəti ictimai dinləmə keçirilib

26 Oktyabr 2023, 10:58

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Layihə icraçıları, sifarişçilər, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb.

İctimai dinləmədə vurğulanıb ki, hər bir layihə həyata keçirilərkən təbii sərvətlərin istifadəsi səmərəli şəkildə həyata keçirilməli, bu istifadə onların bərpa olunması ilə müşayiət olunmalı, ətraf mühitin mühafizəsi tədbirlərinə xüsusi önəm verilməlidir.

Layihənin Qarabağ bölgəsində həyata keçirilməsi və strateji əhəmiyyəti nəzərə alınaraq qısa müddət ərzində ekspertizasının aparılması barədə ümumi razılığa gəlinib.