Bakıda Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib
25 Oktyabr 2023, 17:10
25 oktyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
Azərbaycanı iclasda Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfini isə sənaye və ticarət üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patel təmsil edib.
İclasda Azərbaycanla Hİndistan arasında müxtəlif sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, ətraf mühit, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra Hindistan-Azərbaycan ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak etmək üçün Hindistan Respublikası Sənaye və Ticarət üzrə Dövlət Naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra dövlət qurumlarının rəsmiləri ilə görüşəcək.