Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 64 kq işlənmiş batareya təhvil alınıb

23 Oktyabr 2023, 12:10

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Sığorta”, “Bravo” marketlər şəbəkəsinin 28 Mall filialı, “Rahat” marketlər şəbəkəsinin Neftçilər filialı və “Spar” mağazasının Nərimanov rayonu filialından ümumilikdə 64 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

Qeyd edək ki, ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilib. Layihə çərçivəsində bu il 697 kq batareya toplanılıb.

Hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.