Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 120 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 7 sm azalma, Bankədə 8 sm artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 282 sm (2013-cü il oktyabrın 24-də 322 sm), Şirvanda 111 sm (2013-cü il oktyabrın 24-də 167 sm), Salyanda 80 sm (2013-cü il oktyabrın 24-də 115 sm), Bankədə 166 sm (2013-cü il oktyabrın 24-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 22 sm (2013-cü il oktyabrın 24-də 87 sm) təşkil edir.