Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
12 Oktyabr 2023, 16:25
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şuşa şəhəri Qarabağ küçəsində "AQROMAN" MMC tərəfindən ağacların qanunsuz köçürüldüyü, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində isə vətəndaş tərəfindən ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.