Havanın dəyişəcəyi barədə xəbərdarlıq
24 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşama doğru hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə kəskin, 10 dərəcə aşağı enəcəyi, oktyabrın
26-27-də paytaxtda maksimal temperaturun gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir. Hava şəraiti oktyabrın 25-i gecədən oktyabrın 27-dək arabir yağıntılı keçəcək.
Respublikanın rayonlarında isə oktyabrın 25-də hava şəraitinin əvvəlcə şimal və qərb, axşama doğru isə əksər rayonlarda yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Qeyri-sabit hava şəraiti oktyabrın 28-dək davam edəcək.