Azərbaycan mütəxəssislərinin tədqiqatları kilkə ehtiyatlarının azalmasına səbəb olan yabanı növün təbii düşməni sayılan mezoplankton növünü aşkar edib
12 Oktyabr 2023, 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illərdə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə aparılmış kompleks ekoloji tədqiqatların nəticələri "Biological Invasions" (Springer Nature Switzerland) beynəlxalq elmi jurnalının 2023-cü ilin oktyabr sayında dərc edilib.
“Yabanı növ olan Beroe ovata orqanizminin Xəzərə təsədüfən gəlməsi: dəniz ekosisteminin bərpasına şans ola bilərmi ?” başlıqlı məqalədə göstərilib ki, keçmiş əsrin sonunda Mnemiopsis leidyi yabanı növünün yüksək tonnajlı yük daşıyan gəmilərin ballast suları ilə Aralıq-Qara dəniz sistemindən Xəzər dənizinə təsadüfən gəlməsi kilkə balıqların yem bazasını təşkil edən zooplanktonun 90%-dək yeyilməsinə səbəb olaraq kilkə ehtiyatlarının və ov həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.
Digər Xəzəryanı ölkələrdən fərqli olaraq Azərbaycan mütəxəssisləri son 3 il ərzində keçirilmiş dəniz tədqiqatları nəticəsində ilk dəfə olaraq həmin yabanı növün təbii düşməni olan Beroa ovata mezoplankton növünü aşkar edib. Bu yeni növ Xəzər dənizinə daxil olaraq son illərdə iqlim dəyişmələri prosesi fonunda suyun istiləşməsi ilə bağlı Xəzərdə yaşamağa uyğunlaşıb.
Son illərdə apardığımız tədqiqatlar göstərdi ki, Xəzərin Azərbaycana aid hissəsində Mnemiopsisin həcmi 90%-dək azalıb, kilkənin yem obyekti olan zooplanktonun kütləsi isə əhəmiyyətli dərəcədə artıb. Beləliklə, yaxın illərdə kilkə ehtiyatlarının artması və bunlarla qidalanan digər qiymətli vətəgə əhəmiyyətli balıq növləri populyasiyalarının bərpa prosesləri gözlənilir.