Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su ehtiyatlarının mühafizəsi sahəsində beynəlxalq qurumlar və digər ölkələrlə sıx əməkdaşlıq edir

10 Oktyabr 2023, 17:40

Bu barədə Avropa İttifaqının EU4Environment proqramı saytında məlumat verilib.

Hal-hazırda regionda icra olunan Aİ-nin EU4 Environment proqramı çərçivəsində Bakıda Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın müvafiq su keyfiyyəti laboratoriyalarının mütəxəssisləri üçün İSO standartlarına uyğunlaşma sahəsində 2 həftə davam edəcək təlim keçirilir.

Eyni zamanda Gürcüstan və Azərbaycan ekologiya nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolunda nəzərdə tutulan işlərin icrası məqsədi ilə Qanıx çayı hövzəsində səth və yeraltı suların ekoloji statusunu qiymətləndirmək məqsədi ilə oktyabr-noyabr aylarında Gürcüstan tərəfi ilə birgə transsərhəd monitorinq keçiriləcək.