Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

10 Oktyabr 2023, 12:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Vəlvələçayın Xaçmaz rayonu Çılğır kəndi, Lənkərançayın Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qanunsuz qazıntı işlərinin aparıldığı, Abşeron rayonu Pirəkəşkül kəndi ərazisindən isə qarışıq süxur daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.