Hava şəraiti haqqında məlumat
10 Oktyabr 2023, 09:15
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 14, Yevlaxda 10, Şahdağ, Qaxda 7, Yardımlı, Şəki, Ordubad, Mingəçevir, İsmayıllı, Şərur, Zaqatala, Göyçay, İmişli, Oğuz, Naftalan, Gədəbəy, Sabirabad, Qrız, Quba, Lerik, Qəbələ, Naxçıvan, Şahbuz, Daşkəsən, Gəncə, Qusar, Şamaxı, Ağsu, Tərtər, Beyləqan, Kürdəmir, Biləsuvarda 6, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Oktyabrın 9-da şimal-qərb küləyi əsib, arabir Naftalan, Daşkəsəndə 28, Mingəçevirdə 26, Qobustanda 24, Tərtərdə 22, Şahdağ, Tovuz, Şirvan, Neftçala, Gəncədə 20, Gədəbəydə 18, Yevlaxda 16, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.