Faktiki hava
08 Oktyabr 2023, 20:20
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 20:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 23, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.