Xəbərlər

Faktiki hava

08 Oktyabr 2023, 16:10

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 15:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan MR-da 23, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.