“Mən təbiətin dostuyam” adlı maarifləndirici tədbir keçirilib
06 Oktyabr 2023, 14:25
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində “Mən təbiətin dostuyam” adlı interaktiv tədbir keçirilib.
Tədbir zamanı məktəblilər üçün hazırlanmış “Uşaqlar üçün təbiətdə davranış qaydaları”na həsr olunmuş maarifləndirici təqdimat nümayiş etdirilib. Məktəblilərə yaşıllıqların, bioloji müxtəlifliyin qorunmasının vacibliyi, tullantıların düzgün idarə olunması, o cümlədən təbiətdə davranış qaydaları barədə geniş məlumat verilib.
Ətraf mühitə diqqət, təbiətə sevgi və marağın artırılması məqsədi daşıyan tədbirdə uşaqların sualları cavablandırılıb. Sonda əyləncəli musiqili proqram təşkil olunub.