İctimai dinləmə keçiriləcək
03 Oktyabr 2023, 19:20
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Yasamal, Nizami, Nərimanov, Pirallahı və Qaradağ rayonlarının ərazilərindəki müxtəlif ünvanlarda qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək.
6 oktyabr 2023-cü il tarixində, saat 15:00-da Agentliyin inzibati binasının konfrans zalında ekoloqların, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcək tədbirdə yaşıllıqların götürülməsi, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.
Əlavə məlumat üçün: 055 900 55 56
6 oktyabr 2023-cü il
Saat 15:00
Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10)