Qanunsuz ov edən şəxslər cəzalandırılıb
03 Oktyabr 2023, 11:40
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Şabran rayonu akvatoriyasında, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində və Zəvvar ovçuluq təsərrüfatı ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Nurlan Orucov, Rövşən Abdullayev, Şəmistan Abdullazadə, Sumqayıt şəhər sakini Ramiz Əlipaşayev, Siyəzən rayon sakinləri Cəbrayıl Abdullayev, Şahmar Məmmədov və Nefçala rayon sakini Elman Movlayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını kobud şəkildə pozduqlarına görə Qəbələ rayon sakini İlqar İslamov, Qax rayon sakini Qiuri Şiyaşvili, Quba rayon sakinləri Emil Paşayev və Rəşad Mədətov saxlanılıb.
B.Məhəmmədovun sözlərinə görə faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb