Xəbərlər

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün keçirilən imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədilə ərizə qəbuluna başlanılıb

29 Sentyabr 2023, 16:30

“Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.15-ci bəndinə əsasən testin nəticəsindən narazı qalan namizədlər bu barədə nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Nazirliyə şikayət vermək hüququna malikdir.

Bununla əlaqədar imtahan nəticəsindən narazı qalan namizədlər ərizələrini info@eco.gov.az ünvanına göndərə və ya Nazirliyə təqdim edə bilərlər.