Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
29 Sentyabr 2023, 14:35
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində fəaliyyət göstərən "R-Turan" MMC-yə məxsus kərpic zavodundan atmosferə tullantı atıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri zamanı atmosfer havasına atılan tullantıların normadan artıq olduğu məlum olub.
“Faktla bağlı akt tərtib olunub və "R-Turan" MMC barəsində hüquqi şəxs qismində müvafiq qərar qəbul edilməsi məqsədilə toplanmış sənədlər Hacıqabul Rayon Məhkəməsinə göndərilib”.
B.Məhəmmədovun sözlərinə görə bu ilin avqust ayında da sözügedən zavoddan atmosfer havasına atılan tullantılar normadan artıq olduğu üçün zavodun direktoru Samir Hüseynov vəzifəli şəxs qismində cərimə olunmuşdu.