Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
27 Sentyabr 2023, 14:40
“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba və Oğuz rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Girdah kənd sakinləri Taleh Qafarov, Qabil Davudov və Oğuz rayonu Xaçmazqışlaq kənd sakini Təbriz Alıcanlı olduğu müəyyən olunub.
“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib”.