Xəbərlər

Şüvəlanda təmizlik aksiyası keçirilib

16 Sentyabr 2023, 19:05

 
 
Sentyabrın 16-da çimərlik mövsümünün yekunlaşması ilə əlaqədar növbəti sahilyanı təmizlik aksiyası təşkil olunub.

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba”, Bakı Dövlət Universiteti və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində baş tutan təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Həmçinin bu il, ilk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı sualtı hissəsi də tullantılardan təmizlənib.

"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindən topladıqları tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər.