Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
13 Sentyabr 2023, 14:00
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31-ci məhəllədə ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə, "SAS inşaat” MTK-ya məxsus yaşayış binasının ətrafında 13 şam ağacının MTK tərəfindən kəsildiyi müəyyən edilib.
"Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır".