Faktiki hava
14 Sentyabr 2023, 09:50
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Culfada 14, Şahdağ, İsmayıllıda 12, Yardımlıda 11, Cəfərxanda 10, Lerikdə 9, Astara, Lənkəranda 8, Sabirabad, Naxçıvanda 7, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, Şamaxı, Qobustan, Tərtər, Ağdam, Altıağac, Balakən, Bərdə, Yevlax, Neftçala, Göygöl, Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Sumqayıt. Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.