Xəbərlər

Faktiki hava

12 Sentyabr 2023, 15:15

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Bakı və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar və Yardımlıda leysan xarakterli yağış yağıb.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 24, Aran rayonlarında 21, dağlıq rayonlarda 10 dərəcəyədək isti təşkil edib.