Bugünədək 277 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib
12 Sentyabr 2023, 14:45
Respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.
Əkin mövsümü ilə əlaqədar Lənkəran, Tovuz, Sabirabad, Şabran, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir və Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 277 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.