Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

12 Sentyabr 2023, 12:25

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz" və "Pele" iaşə obyektlərində formalaşan tullantı suların ətrafa axıdılması faktları müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı iaşə obyektlərinin səlahiyyətli nümayəndələri Təvəkgül Həsənov və İlham Əliyev barəsində akt, protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.