Xəbərlər

Faktiki hava

12 Sentyabr 2023, 09:30

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Astarada 56, Lənkəranda 43, Beyləqanda 24, Sabirabad, Biləsuvarda 20, İmişli, Cəfərxanda 19, Tərtərdə 17, Zərdab, Ağdam, Şəkidə 14, Qəbələ, Lerikdə 10, Oğuz, Qobustan, Kürdəmirdə 9, Mingəçevir, Altıağac, Şahdağda 8 mm, Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusar, Bakı və Abşeron yarımadasında 7 mm-dək olub.

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən axan Təngərüdçaydan sel keçib. Sentyabrın 12-də saat 8:00 radələrindən başlayaraq isə Zaqatala rayonu ərazisindən keçən Talaçaydan və Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir.

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən və Qaxda duman müşahidə olunub.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək. Mülayim şərq küləyi əsəcək.