Xəbərlər

Faktiki hava

11 Sentyabr 2023, 11:00

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 
 
Düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 21, Yardımlıda 9, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub. Qrız və Lerikdə duman müşahidə olunub.
 
Havanın maksimal temperaturu sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 26-30 dərəcə, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək  isti müşahidə edilib.
 
Hazırda Naxçıvan, Tərtər, İmişli, Sabirabad, Cəfərxan, Yevlax, Hacıqabul, Lənkəran, Beyləqan, Astara, Neftçala, Biləsuvar, Lerikdə yağış yağır.