Xəbərlər

Faktiki hava

10 Sentyabr 2023, 14:40

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.

Şimal-qərb küləyi əsib, arabir Mingəçevirdə 30, Naftalanda 24, Göyçay, Ağdamda 22, Şahdağ, Şəkidə 20, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18, Kürdəmirdə 15, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.