Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

07 Sentyabr 2023, 18:35

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Hacibədəlli kəndi ərazisində fəaliyyət göstərən “Oba” marketin ətrafında tullantıların qalaqlanması və yandırılması, Şəmkir rayonu ərazisində fəaliyyət göstərən Şəmkir Kommunal Müəssisələri Kombinatının istifadəsində olan tullantı poliqonunda isə tullantıların yandırılaraq ətrafa iy-qoxunun yayılması faktları müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı “Oba” marketin administratoru Samir Qurbanlı və Şəmkir Kommunal Müəssisələri Kombinatının direktoru Alışan Yusifov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.