Xəbərlər

7 sentyabrda atmosfer havasının keyfiyyəti

07 Sentyabr 2023, 16:31

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.2, dəm qazı 1.5, azot-4 oksid 1.2, Sumqayıtda dispers toz hissəcikləri və azot-4 oksid 1.2, Gəncədə isə dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz sinoptik şəraitlə əlaqədar lokal xarakterlidir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.