Tullantıların düzgün idarə olunmamasına görə bələdiyyə sədrləri cərimələnib
06 Sentyabr 2023, 14:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Köhnə Xudat, İdrisoba, Maqsudkənd, Seyidlikəndyeri və Xuray kəndlərinin müxtəlif ərazilərində tullantılarının qalaqlanması və yandırılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı Köhnə Xudat bələdiyyəsinin sədri Faiq Səvziyev, Susayqışlaq bələdiyyəsinin sədri Mehriban Mustafayeva və Seyidlikəndyeri bələdiyyəsinin sədri Aslan Məcidov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Gələcəkdə belə hallara yol verilməməsi və ərazilərin təmizliyinə mütəmadi nəzarət olunması məqsədilə bələdiyyə sədrlərinə məcburi göstəriş verilib”.