“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 49 kq işlənmiş batareya təhvil alınıb
05 Sentyabr 2023, 18:00
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” marketlər şəbəkəsinin 28 May, Koroğlu və Şüvəlan filiallarından ümumilikdə 49 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Qeyd edək ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən start verilən layihə çərçivəsində bugünədək 875 kq batareya toplanılıb.
Nazirlik bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.