“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib
05 Sentyabr 2023, 17:20
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə İmişli rayonunun 7 saylı meşəbəyliyində “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.