Xəbərlər

“Tullantıları ekoçantaya dəyiş” aksiyası Yasamal rayonunda keçirilib

04 Sentyabr 2023, 17:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 2 sentyabr tarixində Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən “Araz” marketin qarşısında keçirilib.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 670 litr olan plastik butulka, 32 litr tutumu olan şüşə butulka və 92 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Azyaşlı iştirakçılara isə kitablar hədiyyə olunub.

Sevindiricidir ki, əhali arasında tullantıların çeşidlənməsinin önəmini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədilə keçirilən bu aksiyalara maraq günbəgün artır. Aksiyaya uşaqdan böyüyə hər kəsin həvəslə qoşulduğunun şahidi oluruq.

Bütün vətəndaşları belə aksiyalarda fəal iştirak edərək tullantıların təkrar emalına dəstək olmağa və çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.

Qeyd edək ki, növbəti aksiyalar barədə məlumat Nazirliyin rəsmi saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq.