Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
01 Sentyabr 2023, 12:14
"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Astaf kəndində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Daşkəsən rayon sakini Samir Həsənov olduğu müəyyən edilib.
“Faktla bağlı qanunsuz kömür istehsal edən şəxs barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub”.