Samur-Yalama Milli Parkında “Təbiətlə harmoniyada” adlı tədbir keçirilib.
28 Avqust 2023, 16:35
27 avqust 2023-cü il tarixində Samur-Yalama Milli Parkında “Təbiətlə harmoniyada” adlı yoqa sessiyası və psixoloji təlimlər keçirilib.
Yoqanın insan sağlamlığı üçün fiziki, zehni və mənəvi faydaları nəzərə alınaraq silsilə şəkildə keçirilən tədbirlərin davamı kimi növbəti tədbir Xəzər dənizi ilə milli parkın sərhədlərinin qovuşduğu ərazidə, açıq səma altında təşkil edilib.
Sessiya zamanı 50-dən artıq iştirakçıya “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Günel Əliyeva tərəfindən günəş enerjisi ilə zəngin yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzularında mühazirələr, Psixoloji İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri, psixoloq Kamil Həmidov və geştalt terapevt Ayan Tağızadə tərəfindən isə psixoloji təlimlər keçirilib.