Xəbərlər

Ölkə ərazisində hava şəraiti dəyişəcək

28 Avqust 2023, 16:20

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə avqustun 29-u axşamdan 30-u səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin 15-18 m/s əsəcəyi, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Avqustun 30-u Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturunun 24-28 dərəcə isti olacağı gözlənilir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, şimal və qərb rayonlarından başlayaraq avqustun 29-u səhərdən avqustun 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacaq, şimşək çaxacaq, dolu düşəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın maksimal temperaturunun Aran rayonlarında 25-30, dağlıq rayonlarında isə 13-18 dərəcə isti olacağı gözlənilir.

“Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.