Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
28 Avqust 2023, 13:05
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabirabad rayonu Cavad kəndində heyvan kəsimi məntəqəsinin, Ağcabədi şəhərində fəaliyyət göstərən “OBA” marketin ətrafında, Hacıqabul rayonunun Atbulaq kəndi və Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.