Ümumrespublika təmizlik aksiyaları davam edir
28 Avqust 2023, 11:50
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti iməciliklər Hacıqabul gölünün ətrafında və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində aparılıb.
Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının, bələdiyyələrin əməkdaşlarının, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin nümayəndələrinin, ASAN könüllülərin və yerli sakinlərin iştirakı ilə keçirilən aksiyalar zamanı, ümumilikdə 1 tona yaxın tullantı təmizlənərək daşınıb.
Ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür edir, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə, təmizliyə riayət etməyə çağırırıq.