Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov oktyabr ayının 24-də Göyçay şəhərində vətəndaşların qəbulunu keçirəcək

14 Oktyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 24 oktyabr 2014-cü il tarixində saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti ”“ 102) Göyçay, Kürdəmir və Ucar rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi - 42, əlaqə telefonları: 050 556 86 09; 050 525 66 62; 020 27 4 53 69 ) xahiş olunur.