Xəbərlər

“Təmiz ölkəm” aksiyası çərçivəsində Zirə qəsəbəsinin Xəzər dənizi sahili 1,5 ton tullantıdan təmizlənib

26 Avqust 2023, 13:40

Yay mövsümü başlayandan davam edən təmizlik aksiyaları bu gün Zirə qəsəbəsinin Xəzər dənizi sahilində davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Araz” supermarketlər şəbəkəsinin, “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının, Pirallahı Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə 6 hektar ərazidə təmizlik aksiyası keçirilib. Ümumilikdə 150 nəfərin iştirak etdiyi aksiya zamanı 1.5 ton tullantı yığılaraq “Təmiz Şəhər” ASC-yə təhvil verilib.

"Təmiz ölkəm" devizi ilə hər şənbə günü bütün ölkəni əhatə edən təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar etmək, təmizliyə riayət etmək vərdişlərini vətəndaşlara təlqin etməkdir.