Tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirici tədbirlər keçirilib
25 Avqust 2023, 13:45
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu sahədə növbəti görüşlər Binəqədi rayonunda fəaliyyət göstərən "Şərq-Qərb" klinikasında, Xocəsən Sağlamlıq Mərkəzində, Xəzər rayonunda fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində və 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında işləyən əməkdaşlar arasında keçirilib.
Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumatlar verilib.