Xəbərlər

22 avqustda atmosfer havasının keyfiyyəti

22 Avqust 2023, 16:45

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.5, azot-4 oksid 1.4, Gəncə şəhərində dəm qazı 1.1, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.