Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Oktyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 123 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 135 m3/s təşkil edərək ongünlük normanın 126 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2013-cü il oktyabrın 13-də 350 sm), Şirvanda 203 sm (2013-cü il oktyabrın 13-də 217 sm), Salyanda 150 sm (2013-cü il oktyabrın 13-də 145 sm), Bankədə 175 sm (2013-cü il oktyabrın 13-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2013-cü il oktyabrın 13-də 110 sm) təşkil edir.