Ölkə ərazisini əhatə edən təmizlik aksiyaları davam edir`
20 Avqust 2023, 13:20
19 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, yerli Mənzil-Kommunal Təsərrüfat İdarələrinin, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin, sakinlərin və könüllülərin iştirakı ilə Hacıqabul gölünün ətrafında, Kür çayının Mingəçevir şəhərindən, Gəncəçayın Gəncə şəhərindən keçən hissələrində iməciliklər keçirilib.
Aksiyalar zamanı ümumilikdə 1.6 tondan artıq məişət tullantısı təmizlənərək yığışdırılıb.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi vətəndaşları tullantıları düzgün idarə etmək verdişinə yiyələnməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ekoloji şüurun formalaşmasına dəstək olmaqdır.