Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatı
17 Avqust 2023, 11:10
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Biləsuvar rayon sakinləri İsaq Dadaşov və Məmmədəli Bağırov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.