Xəbərdarlıq
14 Avqust 2023, 16:55
Avqustun 15-18-də Böyük Qafqaz zonasının bəzi yerlərində əsasən gündüz saatlarında arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.