Masallı rayonunda qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilib
08 Avqust 2023, 14:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Masallı rayonunun Yolağacı kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Masallı rayon sakinləri Vüqar Abbasov, Samir Abbasov, Marif Şirəliyev, Əfsər Qurbanov, Fariz Məmmədov və Afər İbişov olduğu müəyyən edilib.
“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən kömür istehsal edilən ocaqxanalara, kömür quyularına rast gəldikdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
Xatırladaq ki,ətraf mühitin mühafizəsi, qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyasına start verilib.