Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

05 Avqust 2023, 13:05

"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun Müşkəmir, Tircan, Qax rayonunun Şotavar kəndlərində və Ağstafa rayonunun Vurğun qəsəbəsində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayon sakinləri Abil Mehdiyev, Vaqif Osmanov, Qax rayon sakinləri Yaşar Balayev, Rafail Məcidov və Ağstafa rayon sakini Səməndər Əliyev olduğu müəyyən edilib.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.