Tullantılara qarşı birgə mübarizə aparaq!
03 Avqust 2023, 09:06
Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı bəzi ekoloji problemlərə qarşı formalaşan ictimai qınaq, bu sahədə birgə səylərin göstərilməsi təmiz ətraf mühitdə yaşamaq üçün effektiv rol oynayır.
Vətəndaşlara səslənirik ki, yolda, maşında gedərkən, hansısa ərazidə istirahət edərkən tullantıların ətrafa atılması, qalaqlanması, yandırılması və digər bu kimi hallarla rastlaşdıqda foto və video formatında görüntüləri çəkib Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna və info@eco.gov.az elektron poçt ünvanına göndərsinlər.
Hal-hazırda öz müraciətlərini, şikayətlərini bizə bildirən, məlumatları bölüşən vətəndaşlara təşəkkür edirik.
İnanırıq ki, ictimai qınaq ölkədə ekoloji şüurun formalaşmasına, müəssisələrin, insanların əraziləri çirkləndirmədən, tullantıları düzgün idarə etmək vərdişinə yiyələnməsinə töhfə verəcək.